Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının oktyabrın 7-də saat 14:00-da Rusiya səfirliyinin qarşısında etiraz aksiyası təşkil etmək üçün müraciətinə baxıb.
azdin.az xəbər verir ki, BŞİH-dən müraciətə verilən cavabda bildirilib ki, piketin keçirilməsi məqsədəuyğun sayılmayıb.Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Şanlı zəfərimizlə başa çatıb. 10 noyabr 2020-ci il tarixində bağlanılmış üçtərəfli bəyanatla Ermənistan hərbi kapitulyasiyaya uğradığını qəbul edib. Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan ərazisində qalma müddəti 5 ildir.
BŞİH bildirib ki, yuxarıda qeyd olunanlar, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin I hissəsi nəzərə alınaraq, 7 oktyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun sayılmır.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12