Daha bir müəllimin səs yazısı yayıldı: "Tək-tək gəlib..." (YENİLƏNİB)

Saray qəsəbəsi, 2 saylı məktəbin müəlliminin səs yazısı ilə bağlı araşdırma başlayıb.
Bu barədə azdin.az "ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.Bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.
Murad İbrahimli
***
14:47
Azərbaycanda daha bir müəllimin səs yazısı yayılıb.
azdin.az  xəbər verir ki, sözügedən səsyazısını təhsil eksperti Elçin Əfəndi paylaşıb.
Paylaşımda qeyd edilib ki, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir. Belə ki, o, müəllimlər günü münasibəti ilə onu təbrik etməyən şagirdlərə və onların valideynlərinə müraciət edib: “Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz”.


Xəbər lenti
Çox oxunanlar