Hüquq mühafizə orqanlarının rəhbərlərinin vətəndaşlarla sıx münasibətləri,Dövlətin vətəndaşının yanında daimi olmasının baris nümunəsidir İsmayıl Zalov

Azdin.az saytına müsahibə verən hüquq eksperti İsmayıl Zalovun  açıqlamasını sizlərə təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hüquq mühafizə orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Buna əsas olaraq Baş Prokuror Kamran Əliyev, və Daxili İşlər Naziri Vilayət Eyvazov ,tez-tez  vətəndaşlarla bölgələrdə qəbul görüşləri keçirir.
Vətəndaşların problemləri şəffaf şəkildə dinlənilir və, məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya Daxili İşlər nazirliyinin səlahiyyətində olduqda aidiyyəti icra orqanlarında operativ həlli üçün  müvafiq göstərişlər verilir.

Bu görüşlər bir başa hüquq mühafizə orqanlarının rəhbər şəxslərinin vətəndaşlarla sıx münasibətdə olması ondan xəbər verir ki, dövlət hər zaman vətəndaşının yanındadır.

Xəbər lenti
Çox oxunanlar