Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin şimal sahillərində suiti cəsədləri aşkar edilməsinə münasibət bildirib.
"Azdin.az" xəbər verir ki, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, suitilərin ölüm səbəbləri araşdırılır: "Analizlər götürülüb. AQTA tərəfindən götürülən analizlər laboratoriyalarda yoxlanılır. Hələ cavablar yoxdur".
Xidmət rəisi qeyd edib ki, Rusiya mütəxəssisləri ilə də bu barədə fikir mübadiləsi aparılıb: "Onlar suitilərin zəhərlənmədən ölməsi ilə bağlı rəy verirlər. Amma suiti cəsədlərində hər hansı xəsarət halları aşkarlanmayıb. Analizlərin cavablarından sonra səbəb barədə ictimaiyyətə məlumat veriləcək".
5-07-2025, 15:23
5-07-2025, 15:22
5-07-2025, 15:05
5-07-2025, 15:04
5-07-2025, 13:15
4-07-2025, 14:31
4-07-2025, 14:28
4-07-2025, 12:21
4-07-2025, 11:40
4-07-2025, 11:38
4-07-2025, 11:34
4-07-2025, 11:09
4-07-2025, 09:45
3-07-2025, 15:14
3-07-2025, 15:10
3-07-2025, 15:04
3-07-2025, 15:02
3-07-2025, 15:02
3-07-2025, 14:24
3-07-2025, 11:19