İranlı zəvvarların avtobusu tankerlə toqquşdu - Ölənlər var

İranlı zəvvarları daşıyan avtobus İraqın Samirə şəhərində qəzaya uğrayıb. 

"Azdın az" "Tasnim"ə istinadən xəbər verir ki, avtobusun tankerlə toqquşması nəticəsində iki iranlı ölüb, 32 nəfər isə yaralanıb.

Yaralılar "Məhəmməd Əl-Məcid" Şəhid Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları hələ açıqlanmayıb. 

Xəbər lenti
Çox oxunanlar