Qızları xilas etmək istədi, özü də boğuldu

Xəbər verdiyimiz kimi, ötən gün Lənkəranda dənizdə iki nəfər boğularaq ölüb, bir nəfər isə xilas edilib.

"Azdın.az"ın məlumatına görə, dənizdə həyatını itirən gənclər 2001-ci il təvəllüdlü Ramin Məmmədzadə və 2008-ci il təvəllüdlü Aysu Qəhrəmanzadə olub.

2003-cü il təvəllüdlü Zeynəb Əliyeva isə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Zeynəb və Aysu xalaqızıdılar. Onlar dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşiblər.

Bunu görən Ramin qızları xilas etməyə çalışıb. O Zeynəbi boğulmaqdan xilas edə bilib. Aysunu xilas edərkən isə hər ikisi boğulub.

Xəbər lenti
Çox oxunanlar