Qaxda 36 yaşlı kişini ilan sancdı

"Azdın.az" xəbər verir ki, hadisə rayonun Əmbərçay kəndində baş verib. 1987-ci il təvəllüdlü Nəbi Abdullayev fındıq yığarkən ilan onun sol ayağından sancıb.


36 yaşlı N. Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Xəbər lenti
Çox oxunanlar