Fransa da Qarabağa humanitar yardım göndərir

Fransadan Qarabağda yaşayan ermənilər üçün göndərilən humanitar yük daşıyan avtomobillər bu gün səhər İrəvanın Respublika meydanını tərk edib. 

"Azdın az" erməni KİV-lərinə istinadən xəbər verir ki, nəqliyyat vasitələri Bakı vaxtı ilə saat 12-də Laçın dəhlizinə çatacaq.

Paris meri Ann Hidalqo göndərilən humanitar yardımı şəxsən müşayiət etmək üçün avqustun 30-da Ermənistana gəlib. 

Qeyd edək ki, içində həm də Azərbaycana qarşı "təxribat" olan humanitar yük karvanı, əslində, Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna qarşıdır. 

Xəbər lenti
Çox oxunanlar