Arvadını bıçaqlayan ər məhkəmə qarşına çıxarılır

Abşeronda arvadını bıçaqlamaqda təqsirləndirilən Şahin Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Azdın.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 19-na təyin edilib.

Qeyd: Hadisə bu ilin mayında Abşeron rayonu, Xırdalan şəhəri B.Səfəroğlu küçəsində baş verib. Həmin ünvanda kirayədə yaşayan 1991-ci il təvəllüdlü Kərimova Rəna Azər qızına yaşadığı evdə əri 1987-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu tərəfindən bıçaqla sol kürək nahiyəsinə, sol döş qəfəsinə və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası xəsarətləri yetirilib.

Daha sonra Şahin Kərimov saxlanılıb.

Xəbər lenti
Çox oxunanlar