Məhkəmə silahlı narkotik qaçaqmalçıları ilə bağlı qərar verdi

Ali Məhkəmədə ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik gətirib satmaqda ittiham olunan Gülnarə Nəsirova və Yaşar Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Azdın.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi keçirilən prosesdə qərar elan olunub. 
Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar Cəfərov 15 il, Gülnarə Nəsirova isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırlatma: İttiham olunan şəxslər Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar. İttiham olunan şəxslər həbs olunarkən onlardan ümumilikdə 10 kiloqrama yaxın yüksək təsiredici narkotik maddə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik dövriyyəsi) maddəsi ilə ittiham verilib

Xəbər lenti
Çox oxunanlar