Gömrük Komitəsi Ramiz Zeynalovun qohumuna məxsus olduğu bildirilən şirkətə cərimə yazdı

"Yük taksisi.az" MMC-yə inzibati protokol yazılıb.
 
Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 
İş Yasamal Rayon Məhkəməsinin hakimi Günel Əkbərlinin icraatındadır.
 
Xatırlatma: "Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr.
 
Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda "Yük Taksisi.Az" və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.

Xəbər lenti
Çox oxunanlar