Pxenyan bu ölkəyə 150 zibil dolu şar göndərdi - Foto

Şimali Koreya Cənubi Koreyaya içində zibil olan 150-dən çox şar göndərib.
Azdin.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Seulun Birləşmiş Qərargah rəislərinə istinadən məlumat yayıb.
Məlumata görə, şarlar mayın 28-i axşam saatlarında sərhədi keçməyə başlayıb və ölkənin müxtəlif yerlərinə düşüb. Balonların içərisində plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və peyin olub.
Cənubi Koreyadan gələn təbliğat materialları bütün ölkəyə yayıldıqdan sonra Şimali Koreya zibil balonlarının buraxıldığını elan edib.

Xəbər lenti
Çox oxunanlar