Kreml Ukrayna ilə danışıqların bərpası ehtimalını rədd etdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna nümayəndə heyəti ilə vəziyyəti nizamlamaq üçün danışıqları bərpa etməyin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb.  azdin.az xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda bu mövzunu müzakirə edib-etməməsinə mənfi cavab verilib.  "İndi bu barədə heç bir söhbət yoxdur", - Peskov deyib. 
Qeyd edək ki, mayın ortalarında Moskva və Kiyev danışıqlar prosesinin dayandırıldığını elan ediblər.

Xəbər lenti
Çox oxunanlar