Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan etdi

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib.
 
Bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.
 
Əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb.
 
“İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, - bəyanatda qeyd edilib.
 
APA

Xəbər lenti
Çox oxunanlar