"Rusiya iqtisadi inteqrasiyanı silahlandırdı" - ABŞ

"Rusiya iqtisadi inteqrasiyanı silahlandırdı".

azdin.az xəbər verir ki, bu sözləri ABŞ-ın maliyyə naziri Canet Yellen mətbuata açıqlamasında bildirib.

O, həmçinin Vaşinqtonun beynəlxalq iqtisadi nizamdan sui-istifadə edən və ya pozan ölkələrə qarşı sərt nəticələr verəcəyini deyib.
"İqtisadi inteqrasiya Rusiya tərəfindən silahlandırılıb", - deyən Yellen bütün ölkələri Ukraynadakı müharibəyə qarşı birləşməyə çağırıb.
O, Hind-Sakit Okean regionuna 11 günlük səfərinin son mərhələsi olan Cənubi Koreyaya səfəri zamanı Cənubi Koreyalı həmkarları ilə Rusiya neftinin qiymətlərinə təklif olunan həddi müzakirə etməkdən məmnun olduğunu söyləyib.

Xəbər lenti
Çox oxunanlar