Pandemiya Rusiyaya qayıdır

Rusiyanın ən böyük onlayn pərakəndə satıcısı "Wildberries", artan koronavirus hadisələri və səlahiyyətlilərin ictimai yerlərdə fərdi qoruyucu vasitələrdən istifadə etmək tövsiyələri fonunda ilk dəfə 2022-ci ildə birdəfəlik maskalar və dəri antiseptiklərinə tələbatın artdığını qeyd edib. 
azdin.az xəbər verir ki, bu barədə  "İnterfaks" məlumat yayıb.
Şirkət bildirib ki, son iki həftə ərzində, iyulun 11-dən 24-dək maskalara tələbat iyunun eyni dövrü ilə müqayisədə iki dəfə (109 faiz) artıb. 
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri daha əvvəl Tedros Adhanom Qebreyesus Covid-19-dan ölənlərin sayının artdığı üçün dünya ölkələrinin hökumətlərini maska rejimini qaytarmağa çağırıb. ÜST rəhbərinin sözlərinə görə, pandemiya bitməkdən çox uzaqdır - "Omicron" ştammının variantları bütün dünyada yeni xəstələnmə, xəstəxanaya yerləşdirmə və ölüm dalğalarına səbəb olmaqda davam edir.
"Pfizer"in baş direktoru Albert Burla daha əvvəl pandemiyanın yeni dalğasının yaxınlaşdığı barədə xəbərdarlıq etmişdi. 

Xəbər lenti
Çox oxunanlar