Suriya hökuməti Amerika əsgərlərinin yerləşdiyi bazanın yaxınlığında raket hücumuna məruz qaldıqdan cəmi bir gün sonra Birləşmiş Ştatlardan "hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz ölkədən çıxarmağı" tələb edib.
azdin.az xəbər verir ki, ABŞ-ın Suriyada, əsasən, ölkənin cənubundakı Ət-Tanf bazası ilə şərqindəki neft yataqları arasında 900-ə yaxın əsgəri var. ABŞ uzun müddətdir İŞİD-ə qarşı mübarizədə SDQ-yə dəstəyi ilə tanınır. Lakin Suriya prezidenti Bəşər Əsəd administrasiyası ABŞ-ın bu ölkədə mövcudluğunu qeyri-qanuni qəbul etməklə yanaşı, onların ölkəni tərk etmələrini də tələb edib.Oxşar bəyanatlar Suriya Xarici İşlər Nazirliyinin bəyanatında da yer alıb. Ötən gün yayımlanan mesajda “Amerika tərəfi Suriya torpaqlarından qeyri-qanuni olaraq hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz çıxarmalı, Suriya nefti və buğdasının oğurlanması və qaçaqmalçılığına son qoymalıdır. O, qeyri-qanuni silahlı qruplaşmalara dəstək verməməlidir”, - qeyd olunub.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12