Qaribaşvili ATƏT rəsmisi ilə Gürcüstanın işğal olunmuş torpaqlarını müzakirə etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə yeni baş müşaviri, ATƏT-in amerikalı həmsədri Filip Rikeri qəbul edib.
azdin.az  xəbər verir ki, bu barədə İrakli Qaribaşvili öz "Twitter" səhifəsində yazıb.O qeyd edib ki, görüşdə Gürcüstanın Avropaya inteqrasiyası, ABŞ və Gürcüstan arasında strateji əməkdaşlıq məsələləri, o cümlədən ABŞ-ın regionda və onun hüdudlarından kənarda rolu müzakirə olunub.
Tərəflər Ukraynada davam edən müharibə vəziyyətini müzakirə ediblər, Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə də diqqət yetirilib. 

Xəbər lenti
Çox oxunanlar