Filippində qasırğa nəticəsində 31 nəfər öldü

Filippinin Mindanao adasında "Nalci" qasırğasının yol açdığı daşqın və torpaq sürüşmələri nəticəsində azı 31 nəfər həlak olub.
azdin.az ın məlumatına görə, bölgədəki şiddətli yağıntılar Mindanao adasının şimalında 40-a yaxın yol və 3 körpüyə ciddi ziyan vurub.
"Nalci" qasırğası ilə əlaqədar 5 minə yaxın sakin təxliyə olunub. Qasırğanın həftəsonu pik həddə çatacağı proqnozlaşdırılıb.

Xəbər lenti
Çox oxunanlar