Türkiyədə zəlzələ olub - ölən var

İzmirdə baş verən zəlzələ zamanı infarkt keçirən şəxs ölüb.

azdin.az  xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb.

Bundan əvvəl isə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, biri ağır olmaqla 7 nəfərin müalicəsi davam edir.
 
 ***

İzmirdə baş verən zəlzələ zamanı 20 binaya ziyan dəyib.

Bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.

O qeyd edib ki, 3 nəfər xəsarət alıb.

09:32

Türkiyənin qərbində 4.6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi internet səhifəsində bildirilib.

Zəlzələnin episentri Egey dənizinin sahilində, 10 km dərinlikdə və İzmir şəhərindən 10 km cənub-şərqdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti
Çox oxunanlar