Polşada Vişeqrad qrupu ölkələrinin bu il ən böyük hərbi manevrləri olan “Puma-22” hərbi təlimləri başlayıb.
azdin.az xəbər verir ki, bu barədə 18-ci mexanikləşdirilmiş diviziyanın mətbuat katibi mayor Przemislav Lipçinski məlumat verib.Təlimlərdə Vişeqrad qrupu ölkələrinin bölmələri ilə yanaşı, Böyük Britaniya və ABŞ-ın müttəfiq bölmələri də iştirak edir. Təlimlərin əsas icraçısı 21-ci Əlahiddə Dağ Atıcı Briqadası olsa da, 18-ci Əlahiddə Mexanikləşdirilmiş Diviziyanın digər bölmələri də təlimlərə cəlb olunub. Manevrlərdə 2000-ə yaxın hərbçi və 300-ə yaxın texnika iştirak edir.
"Təlim noyabrın 9-dək davam edəcək. Onlarda Polşa, Çexiya, Slovakiya və Macarıstandan olan hərbçilər, eləcə də şərq sərhədimizdəki vəziyyətlə əlaqədar Subkarpatiyada olan ABŞ və Böyük Britaniyadan olan müttəfiqlər iştirak edirlər", - deyə məlumatda bildirilib.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12