Rusiyanın 20 min hərbçisi Xersonu tərk etdi - YENİLƏNİB

Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb.
azdin.az " gazeta.ru-ya istinadən xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Qeyd olunub ki, bu gün Moskva vaxtı ilə səhər saat 5-də Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb.
***12:42
20 min rus əsgəri Xersondan Dnepr çayının sol sahilinə çəkilib.
azdin.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Aleksandr Sladkov "Telegram" kanalında yazıb.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Dnepr çayı üzərindən çıxarılması barədə göstəriş verib.

Xəbər lenti
Çox oxunanlar