Erməni hərbçilər arasında atışma - Ölən var

Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində əsgərlər arasında atışma olub.
azdin.az "Spuitnik Armenia"ya istinadən xəbər verir ki, insident nəticəsində 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan öz əsgər yoldaşı tərəfindən öldürülüb.  Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır. 

Xəbər lenti
Çox oxunanlar