Moskvanın mərkəzindəki gül anbarında yanğın: Beş ölü - YENİLƏNİB -2 (VİDEO)

Rusiyanın paytaxtı Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 5-ə çatıb.
azdin.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bir nəfərin taleyi barədə məlumat yoxdur.
00:10
Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 3-ə çatıb.
azdin.az xəbər verir ki,  bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xilasedicilər daha bir nəfərin meyiti aşkarlayıb.
22:55
Moskvada Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğında iki nəfər ölüb.
azdin.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Yanğınsöndürənlər gül anbarında baş vermiş yanğın nəticəsində ölən iki nəfərin cəsədini aşkar ediblər”, - deyə bildirib.

Xəbər lenti
Çox oxunanlar