Əfqanıstanda avtobus partladıldı: Ölənlər var (YENİLƏNİB)

Əfqanıstanın Məzari-Şərif şəhərində avtobusun keçidi sırasında yol kənarında bombanın partlaması zamanı 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
azdin.az  xəbər verir ki, bu barədə Əfqanıstanın Bəlx vilayətinin təhlükəsizlik xidmətinin nümayəndəsi Məhəmməd Asif Vəziri deyib.***10:14
Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub.
azdin.az  xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.
Hadisənin baş vermə səbəbi araşdırılır.  

Xəbər lenti
Çox oxunanlar