ABŞ-ın 857 milyard dollar dəyərində Milli Müdafiə Səlahiyyəti Qanununun (NDAA) son variantında F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
azdin.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarıldığı barədə rəsmi bildiriş göndərmişdi. Vaşinqton Türkiyə ilə birgə F-35 memorandumunu ləğv edərək, onu F-35 layihəsində qalan yeddi tərəfdaşla - Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveç ilə imzalayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra ABŞ-ın beşinci yox, dördüncü nəsil F-16 qırıcılarının alınması təklifini açıqlayıb. Məsələ ABŞ Konqresində razılaşdırılmalıdır – Dövlət Departamenti bunun üçün lobbiçilik edir, konqresmenləri razı salır ki, saziş Vaşinqtonun maraqlarına xidmət edir.
"Konqresin hər iki palatasının plenar iclasında Qanun layihəsinin yekun variantında 18 nümayəndənin təqdim etdiyi F-16-nın Türkiyəyə satışını məhdudlaşdırıcı şərtlərlə əlaqələndirən bəndlər daxil edilməyib", - agentlik qeyd edib.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12