Əfqanıstanda tuneldə faciə - 31 ÖLÜ

Əfqanıstanın Pərvan əyalətinin Salanq aşırımında yük maşını yanıb. 
azdin.az  xarici KİV-ə istinadən xəbər verir ki, dağ tunelində baş verən hadisə nəticəsində 31 nəfər ölüb. Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman bildirib: "Salanq tunelində baş verən yanğın yerindən azı 31 ölü, o cümlədən 37 yaralı təxliyə edilib". 
O, ölənlərin sayının arta biləcəyini əlavə edib. 

Xəbər lenti
Çox oxunanlar