"Amazon" 18 mindən çox insanı işdən çıxarır

Texnologiya nəhənginin baş direktoru "Amazon"un xərcləri azaltmaq üçün müxtəlif vəzifələrdən 18 000-dən çox insanı işdən çıxaracağını bildirib.
"Azdin.az" xəbər verir ki baş direktor Andy Jassy, işçilərə yazdığı qeyddə, ixtisardan təsirlənən işçilərə yanvarın 18-dən etibarən məlumat veriləcəyini söyləyib.  
İxtisarlar şirkətin təxminən 300.000 korporativ işçi qüvvəsinin təxminən 6 faizini təşkil edir.
Noyabr ayında "Amazon" bir sıra ixtisarlara başladığını söyləyib, lakin nə qədər işdən çıxarılacağına dair bir rəqəm verməyib.

Xəbər lenti
Çox oxunanlar