Mayın 20-dən Rusiya bankları avro və dollar istisna olmaqla, fiziki şəxslərə nağd xarici valyutanı məhdudiyyətsiz sata bilər. Onlar üçün xüsusi satış proseduru sentyabrın 9-dək davam edəcək.
azdin.az xəbər verir ki, bu barədə Rusiya Bankının mətbuat xidməti məlumat yayıb.
“2022-ci il mayın 20-dən etibarən banklar ABŞ dolları və avro istisna olmaqla istənilən nağd xarici valyutanı vətəndaşlara məhdudiyyətsiz sata biləcək. Nağd ABŞ dolları və avronun satışı ilə bağlı mövcud məhdudiyyətlər qalır. 9 sentyabr 2022-ci il tarixinədək vətəndaşlar yalnız 2022-ci il aprelin 9-dan etibarən bankların kassalarına daxil olan ABŞ dolları və avronu ala bilərlər",- məlumatda deylir. Əvvəllər bu məhdudiyyətlər bütün nağd valyuta növlərinə şamil edilirdi.
“ABŞ dolları və avrodan başqa digər valyutanın məhdudiyyətsiz satışına icazə banklarda xarici əskinasların qalıqlarının olması ilə bağlıdır”, - deyə əlavə edilib.
Xatırladaq ki, martın 9-da Rusiyada tətbiq edilən sanksiyalara görə valyuta satışına bəzi qadağalar və məhdudiyyətlər qoyulub.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12