İranın keçmiş prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı 5 il müddətinə azadlıqdan məhrum edilib.
"Azdin.az" xarici KİV-ə istinadən xəbər verir ki, İran Məclisinin (parlamentin) keçmiş üzvü, tanınmış qadın hüquq müdafiəçisi Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazları qızışdırdığına görə həbs cəzasına məhkum edilib. Bu barədə onun vəkili Nida Şəms məlumat yayıb.
O qeyd edib ki, Haşimi-Rəfsəncani sentyabrın 27-də Evin həbsxanasında həbs edilib:
"Müvəkkilim sakinləri nümayişə təhrik etdiyinə görə birinci instansiya məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib. Biz qanun çərçivəsində bu qərardan şikayət verməyə çalışacağıq".
60 yaşlı fəal həmçinin “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hakimiyyət sisteminə qarşı təbliğatda” da ittiham olunub.
Bu gün, 09:46
Bu gün, 09:44
Dünən, 15:23
Dünən, 15:22
Dünən, 15:21
Dünən, 15:18
Dünən, 15:17
Dünən, 11:52
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40