Ukraynada hava həyəcanı elan edildi

Ukraynanın Xarkov və Dnepropetrovsk vilayətlərində, həmçinin Zaporojyenin Kiyevin nəzarətində olan hissəsində hava həyəcanı elan edilib.
"Azdin.az" xəbər verir ki, bunu Ukrayna Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. 
Yanvarın 17-nə keçən gecə Ukraynanın şərqində hava həyəcanı elan edilib. Dnepropetrovsk, Kirovoqrad, Poltava, Sumi və Xarkov vilayətlərində sirenalar səslənib. Xəbərdarlıq siqnalı Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində də işləyib.

Xəbər lenti
Çox oxunanlar