Polşada bina çökdü - Yaralılar var

Polşanın Katovitse şəhərində qaz partlayışı nəticəsində yaşayış binası çöküb.
"Azdin.az" Polşa KİV-lərinə istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər xəsarət alıb. 
Cümə günü səhər Şopenitsenin Katovitse rayonunda üçmərtəbəli yaşayış binasında qaz partlayışı baş verib. Partlayış nəticəsində bina uçub", - məlumatda deyilir.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Xəbər lenti
Çox oxunanlar