Ermənistanda etirazçılarla polislər arasında DAVA - VİDEO (YENİLƏNİB)

Ermənistanda etirazçılarla polislər arasında əlbəyaxa dava düşüb. 
azdin.az xəbər verir ki, "Müqavimət" hərəkatının iştirakçıları Ermənistan prezidentinin iqamətgahının qarşısını kəsdiyi üçün polislərlə aralarında qarşıdurma yaranıb.  
Erməni KİV-lərinin məlumatına görə,  polislər etirazçılardan ərazini tərk etməyi tələb ediblər. Buna qarşı çıxan aksiya iştirakçıları ilə polislər dava düşüb. 
***09:43
İrəvanda "Müqavimət" hərəkatının iştirakçıları Ermənistan prezidentinin iqamətgahını mühasirəyə alıblar.
azdin.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 
Qeyd edək ki, mayın 2-dən etibarən İrəvanda müxalifət  nümayəndələri Baş Nazir Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyaları keçirirlər. 

Xəbər lenti
Çox oxunanlar