Rusiyada "Vaqner"ə işləyən eks-deputat SAXLANILDI

Rusiyanın Volqoqrad vilayətində politoloq, Traktorozavodski rayonunun administrasiyasının eks-rəhbəri və Volqoqrad Şəhər Dumasının deputatı olmuş Mixail Serenko saxlanılıb.

"Azdin az" xəbər verir ki,  bu barədə Rusiya KİV-ləri  məlumat yayıb.
Bildirilir ki, ötən gecə altı silahlı şəxs və bir müstəntiq Serenkonun həyat yoldaşı və qızı ilə yaşadığı mənzilə soxulublar. Serenko nəzarətə götürülüb.  
Məlumata görə, eks-deputat "Vaqner" PMC ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb.

Xəbər lenti
Çox oxunanlar