Paşinyana yaxınlaşan partiya sədrinin oğlu saxlanıldı

Həbsdə olan "Sasna Tsrer" Partiyasının sədri Varujan Avetisyanın oğlu David Avetisyan polis tərəfindən saxlanılıb.

"Azdin az" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Avetisyanın qızı sosial şəbəkə hesabında məlumat yayıb. 

O, bildirir ki, qardaşının saxlanılmasına səbəb ölkənin baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyana küçədə yaxınlaşması olub:

"Qardaşım David Avetisyan İrəvanda Angliakan parkının ərazisindən qaçırılıb. Hadisə şahidinin sözlərinə görə, qardaşım etirazını bildirmək üçün baş nazirə və həyat yoldaşına yaxınlaşıb. Sonra qardaşımı sürüyüb zorla naməlum istiqamətə aparıblar. Uzun axtarışlardan sonra məlum oldu ki, qardaşım Polis İdarəsindədir. Qardaşımın telefonu sönükdür, onunla əlaqə saxlaya bilmirik. Bu, siyasi təqib, qisas və başqa heç nə deyil”, - Varujan Avetisyanın qızı yazıb.

Xəbər lenti
Çox oxunanlar