Huşunu itirən Portuqaliya prezidenti evə buraxıldı

Universitetlərin birində çıxışı zamanı huşunu itirən Portuqaliya prezidenti Marselo Rebelo de Souza xəstəxanadan evə buraxılıb. 

“azdin az” xarici KİV-ə istinadən xəbər verir ki, prezident bütün müayinələrdən keçib və səhhəti yaxşıdır. 

De Souza özü isə açıqlamasında, sadəcə olaraq təzyiqinin düşdüyünü və “hələ ölmək fikrində olmadığını” deyib. 

Xəbər lenti
Çox oxunanlar