Daşkəndlə Budapeşt arasında birbaşa uçuşlar olacaq

Avqustda Daşkənd və Budapeşt arasında birbaşa uçuşlar açılacaq. 

“azdin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Daşkənd-Budapeşt marşrutu üzrə birbaşa uçuşlar “Qanot Sharq” aviaşirkəti tərəfindən həyata keçiriləcək. Aviaşirkət 2023-cü il avqustun 20-dən etibarən bu marşrut üzrə uçuşlara başlayacaq", - deyə nazirliyin rəsmi saytında bildirilir. Mətbuat xidmətinin məlumatına görə, uçuşlar Airbus A320 təyyarəsi ilə həyata keçiriləcək.

Xəbər lenti
Çox oxunanlar