Ermənistanın eks-prezidentinin oğlu həbs edildi

Ermənistanın eks-prezidenti Robert Koçaryanın oğlu Levon bir ay müddətinə həbs edilib.

Ermənistan mediasının verdiyi xəbərə görə, bu barədə onun vəkili Aleksandr Koçubayev sosial şəbəkələrdə məlumat verib.

R.Koçaryan barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinin baxıldığı məhkəmə iclası doqquz saata yaxın davam edib.

Qeyd edək ki, o, “dörd polis əməkdaşını döymək” ittihamı ilə saxlanılıb.

Koçaryan ittihamları rədd edir.

Xəbər lenti
Çox oxunanlar