Maşının nömrəsi diqqətdən yayınmadı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstanın Baş naziri Viktor Orbana hədiyyə etdiyi “Togg” markalı avtomobilin seriya nömrəsi maraq doğurub.
“HU TR-100” nömrəli “Togg” iki ölkə arasındakı əlaqələrin 100-cü ildönümü münasibətilə xüsusi olaraq hazırlanıb.

Xatırladaq ki, Türkiyə lideri Macarıstanın paytaxtı Budapeştdə macar Baş nazir Viktor Orban ilə görüşüb. Ərdoğan və Orban bir-birlərinə hədiyyələr veriblər.

Xəbər lenti
Çox oxunanlar