Yanvarın 2-də VAZ markalı avtomobilin oğurlanması barədə polisə məlumat daxil olub. Avtomobilin sahibi deyib ki, mağazalardan birinin yaxınlığında o, “Santa Klaus” geyimində gənc oğlanı görüb və onu Nijneudinsk sakinlərini Yeni il münasibətilə təbrik etməyə dəvət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları maşının yerini müəyyən etməyə və oğrunu saxlamağa müvəffəq olublar. 25 yaşlı gənc deyib ki, o, maşın sahibinin geri qayıtmasını gözləməmək qərarına gəlib və şəhər sakinlərini təkbaşına təbrik etmək istəyib. Ancaq idarəetməni itirərək qar yığınına çırpılıb.
Faktla bağlı cinayət işi açılıb.