Evdə 3-dən çox heyvan saxlayanlar cərimələnəcək - Küçədən götürülənlər istisna

Gürcüstan parlamentində hündürmərtəbəli mənzildə üçdən çox ev heyvanının (pişik və it) saxlanmasına qoyulan məhdudiyyətin necə işləyəcəyini izah edilib.
Bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Maya Bitadzenin sözlərinə görə, qanun layihəsi qəbul olunarsa, cərimələr 2025-ci il iyulun 1-dən tətbiq olunmağa başlayacaq. Bununla belə, istisnalar da nəzərdə tutulub.
 
"Əgər insan sığınacaqdan və ya küçədən heyvan götürərsə, bu məhdudiyyət ona şamil edilməyəcək. Belə insanlar üçün bizim də müəyyən yardım mexanizmlərimiz olacaq ki, ona görə də dövlət müəyyən müddət ərzində heyvanların sterilizasiyası və quduzluğa qarşı peyvənd edilməsi proqramını davam etdirməyə məcbur olacaq. Bizim əsas məqsədimiz sahibsiz və nəzarətsiz damazlıq itlərin problemini birdəfəlik həll etmək üçün hüquqi baza yaratmaqdır", - deyə qeyd olunub.

Xəbər lenti
Çox oxunanlar