Gəncədə minik maşınları toqquşdu - xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
azdin.az-ın məlumatına görə, hadisə şəhərin N.Gəncəvi prospekti ilə S.Vurğun küçələrinin kəsişməsində qeydə alınıb. İki "VAZ " markalı avtomobilin toqquşması ilə sürücülərdən biri xəsarət alıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti
Çox oxunanlar