DİN: Xətai rayonundakı insidentlə bağlı cinayət işi başlanılıb

Sosial şəbəkələrdə yayılan, paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı cinayət işi başlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə mayın 20-də qeydə alınıb. İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırmalar davam etdirilir.

Xəbər lenti
Çox oxunanlar