Goranboyda yaşlı qadını ilan sancdı

Goranboyda 75 yaşlı qadını ilan sancıb.
"Azdin.az"ın məlumatına görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1950-ci il təvəllüdlü Z Məhyəddinova həyətdə işləyərkən ilan sancıb. Xəstə dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.
Vəziyyətinin orta ağır olduğu bildirilir.

Xəbər lenti
Çox oxunanlar