Heroin alverçisi şirkəti qarət etdi

Bakıda heroin alverçisi şirkəti qarət edib.
Daxili İşlər Nazirliyindən azdin.az a verilən məlumata görə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə M.Hadi küçəsində yerləşən ofislərin birində dolabdan içərisində 3.000 manat, 850 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Səlimov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülüb.
Araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar