Kəlbəcərdə qaz borusunun partlaması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

Ötən gün saat 22:20 radələrində 4 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

"Üz və yuxarı ətrafların ikinci, üçüncü dərəcəli yanığı diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir", - məlumatda vurğulanıb.

Xəbər lenti
Çox oxunanlar