Azərbaycanda toyda kütləvi zəhərlənmə olub

İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
 
18 nəfər zəhərlənmə diaqnozu ilə İmişli rayon xəstəxanasına yerləşdirlib. Onlardan 4-nün azyaşlı olduğu bildirilir.
 
Ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət edənlərin hamısı ötən gün rayonun Muradxanlı kəndində keçirilən toy mərasimində iştirak ediblər.
 
APA

Xəbər lenti
Çox oxunanlar