Müəllim dəm qazından boğularaq öldü

Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib.
 
1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyiti yaşadığı evdə aşkarlanıb.
 
Onun dəm qazından boğularaq öldüyü bildirilir.
 
M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi.
 
Faktla bağlı araşdırma aparılır.
 
APA

Xəbər lenti
Çox oxunanlar