Yuxarı Şirvan kanalında bir nəfər batdı

Şirvan kanalının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Azdin.az"a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Sabirabad rayonunun Surra kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Xəbər lenti
Çox oxunanlar