1 yaşlı Səmanın düşdüyü arxın görüntüləri

Ötən gün İsmayıllının Diyallı kəndində bir yaşlı qız su arxına düşərək vəfat edib.
 
Azdin.az-ın məlumatına görə, “Baku TV” hadisənin baş verdiyi yerdən süjet hazırlayıb.
 
Qonşu Əmir Əhmədovun sözlərinə görə, bədbəxt hadisəyə uşağın 2-3 dəqiqə ərzində anasının gözündən yayınması səbəb olub: “Yoldaşı hadisə vaxtı işdə olub, heyvanları yaylağa aparıb. Anasının həyətdə başı qarışıb, gözündən yayınıb. Nəticədə uşaq suya düşüb boğulub”.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Daha ətraflı videomaterialda:
 

Xəbər lenti
Çox oxunanlar